Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 24-də Sabirabadda Saatlı, İmişli, Sabirabad və Xocavənd rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Sabirabad rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Sabirabad şəhəri, Heydər Əliyev prospekti) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Cavanşir Bəhrəmov
Mob: (050) 562-72-32
Telefon: (021) 24-6-62-99
e-mail:[email protected]
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB