DQMK sədri Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynada səfərdə olub
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) sədri Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti 30 sentyabr – 1 oktyabr tarixlərdə Ukraynada səfərdə olub. DQM-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər Ukrayna Dövlət Qulluğu Baş İdarəsinin dəvəti ilə baş tutub.
Səfərin əsas məqsədi İrlandiya Xarici İşlər Nazirliyi, Ukrayna Dövlət Qulluğu Baş İdarəsi və BMT-nin İnkişaf Proqramının Ukrayna nümayəndəliyinin "Beynəlxalq təcrübə: Ukrayna və onun tərəfdaşları üçün yeni imkanlar" mövzusunda təşkil etdikləri dəyirmi masada iştirak etmək və Ukrayna Dövlət Qulluğu Baş İdarəsinin rəhbərliyi ilə ikitərəfli əlaqələrin perspektivləri barədə danışıqlar aparmaqdan ibarət olub. Azərbaycanla yanaşı Böyük Britaniya, Kanada, Hollandiya, İrlandiya, Ukrayna, Polşa, Moldova, Yunanıstan, Litva və digər dövlətlərin dövlət qulluğunun idarəedilməsinə məsul olan müvafiq dövlət orqanlarının rəhbərlərinin iştirak etdiyi dəyirmi masada "Yüksək vəzifəli dövlət qulluqçuları: formalaşdırması, funksiyası və inkişafı", "Ukraynada yüksək vəzifəli dövlət qulluqçularının formalaşdırılması və inkişafı", "Ukraynada yüksək vəzifəli dövlət qulluqçularının konsepsiyası: Ukrayna – Avropa təcrübəsi", "Regional təlim mərkəzi: yüksək təcrübə və alətlər" və başqa mövzular barədə məruzələr dinlənilmiş və fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən B.Xəlilov Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində aparılan islahatlar, dövlət qulluğuna qəbulla bağlı Komissiyanın keçirdiyi müsabiqə və müsahibələrdə əldə etdiyi təcrübə və nəticələr və bu sahədə Komissiyanın gördüyü digər məsəslələr barədə ətraflı məlumat verib. Səfər zamanı Komissiya sədri Ukrayna Dövlət Qulluğu Baş İdarəsinin rəisi Timofey Motrenko ilə görüşüb. Görüşdə hər iki qurum arasında ikitərəfli əlaqələr yüksək qiymətləndirilib və əməkdaşlığın gələcək istiqamətləri barədə razılıq əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB