"Taliban": "Gələcəkdə daha böyük hücumlar edəcəyik"

"Taliban": "Gələcəkdə daha böyük hücumlar edəcəyik"

Pakistanda Əfqanıstandakı NATO və ABŞ hərbi bazalarına yanacaq daşıyan 13 tankerə hücumun məsuliyyətini "Taliban"ın bu ölkədəki qanadı öz üzərinə götürüb.

SİA-nın məlumatına görə, yerli agentliklərdən birini telefonla arayan "Taliban" sözçüsü 3 nəfərin ölümü ilə nəticələnən hücumun məsuliyyətini üzərlərinə götürdüklərini bildirib. Hücumun Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin Pakistan torpaqlarına etdiyi hücumlara cavab olduğunu bildirən sözçü Pakistandakı NATO avtomobillərinə gələcəkdə daha böyük hücumlar edəcəklərini deyib.

NATO-nun baş katibi Anders Foq Rasmussen isə pakistanlı əsgərlərin öldüyü keçən həftəki hücuma görə üzüldüyünü, Əfqanıstandakı birliklərə dəstək yollarının yaxın zamanda yenidən açılacağına ümid etdiklərini söyləyib

Bütün xəbərlər Facebook səhifəmizdə