Təhsil işçiləri təltif edilib
Prezident İlham Əliyev təhsil işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Bayram Heydərov və Nazir Qəhrəmanov "Şöhrət" ordeni, Kamil Ağamalıyev, Şahrza Əliyev və Kəmalə Mirzəyeva "Dövlət qulluğunda fərqlənməyə görə", bir qrup təhsil işçisi isə "Tərəqqi" medalı ilə təltif ediliblər. Prezidentin digər sərəncamı ilə bir qrup təhsil işçisinə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar Müəllim" fəxri adı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə