TUMİB sədri imzatoplama kampaniyasını başa çatdırıb

TUMİB sədri imzatoplama kampaniyasını başa çatdırıb

17 saylı Yasamal 3-cü seçki dairəsinindən Milli Məclis üzvlüyünə namizəd, "Türkiyə Universitetləri Məzunları"nın İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov imzatoplama kampaniyasını yekunlaşdırıb. SİA-ya açıqlamasında Ç.Bayramov deyib ki, oktyabr ayının 4-də Dairə Seçki Komissiyasına imza vərəqlərini təqdim edəcək.

Məlumat üçün bildirək ki, Çingiz Bayramov İstanbul Universiteti Siyasi Elmlər fakültəsinin məzunudur. 10 ildir ki, "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinə sədrlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə