AŞPA-da Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpası ilə bağlı məsələ yenidən gündəmə gəlib

AŞPA-da Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpası ilə bağlı məsələ yenidən gündəmə gəlib

Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpası ilə bağlı məsələ Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində yenidən gündəmə gəlib. SİA-nın verdiyi xəbərə görə, AŞPA prezidenti Mövlud Çavuşoğlu bu gün plenar iclasdan əvvəl keçirdiyi mətbuat konfransında AŞPA-nın payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpasına dair birgə görüşün olacağını bildirib: "Biz görüşü mənim ofisimdə keçirməyi planlaşdırırıq. Bu görüşün nəticələri barədə AŞPA Bürosunun cümə günü keçiriləcək iclasında büro üzvlərinə ətraflı məlumat verəcəyəm. Ümumiyyətlə, bu məsələ AŞPA-nın Dağlıq Qarabağla bağlı 2005-ci ildə qəbul etdiyi 1614 saylı Qətnaməyə tam uyğundur. Bildiyiniz kimi, bizim həm Dağlıq Qarabağ, həm də Gürcüstan-Rusiya münasibətlərinə dair iki alt komitəmiz var".

 

Qeyd edək ki, AŞPA Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpası ilə bağlı Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə birgə görüşün təşkilini hər sessiyada reallaşdırmaq istəsə də Ermənistan tərəfi müxtəlif bəhanələrlə görüşdə iştirak etməkdən boyun qaçırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə