Gürcüstan xarici işlər naziri: “Gürcüstan-Azərbaycan əlaqələri strateji əməkdaşlığa söykənir”
"Gürcüstan-Azərbaycan əlaqələri strateji əməkdaşlığa söykənir". SİA-nın verdiyi məlumata görə, bu sözləri İrəvanda iki günlük səfərdə olar Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze erməni həmkarı Edvard Nalbandyanla keçirdiyi mətbuat konfransında söyləyib. Gürcü nazir bildirib ki, konfederasiyaya dair Gürcüstan prezidentin bəyanatı emosional deyil, reallığa söykənir.
Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Gürcüstan xarici siyasət idarəsinin başçısı qeyd edib ki, söhbət heç də konfederasiyanın yaradılması halında iki ölkənin Konstitusiyasının dəyişilməsindən getmir: "Bəyanat sadəcə olaraq gələcək əməkdaşlığın formasını müəyyənləşdirir".
Xəbərdə qeyd olunub ki, bu ilin iyul ayında Gürcüstan prezidentı Mixeil Saakaşvili Azərbaycanla konfederasiyanın yaradılması təşəbbüsü ilə çıxış edib. Bildirilir ki, rəsmi Bakı bəyanata soyuq yanaşıb və indiyə kimi bəyanatla bağlı hər hansı bir cavab verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB