Politoloq: "Rusiya vasitəçi olaraq məsələlərə ehtiyatla yanaşmalıdır" " MÖVQE
“Hər kəsə məlumdur ki, Azərbaycan Rusiyadan silahı kommersiya əsasları ilə alır, Ermənistana isə bunun üçün güzəştli kreditlər ayrılır. Bu onu göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını pozur, düşmən ölkəyə hərbi, siyasi müttəfiqlik funksiyalarını yerinə yetirir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya belə məsələlərə ehtiyatla yanaşmalıdır: “ Rusiya düşünülmüş addım atmalıdır. Çünki, həmsədr dövlət olaraq münaqişənin həllində vasitəçi kimi çıxış edir. Amma təəssüf ki, Rusiya Ermənistanı silahlandırmaqla görünür düşmən ölkəni Cənubi Qafqaz regionunda müəyyən səviyyədə saxlamağa çalışır”.
F.Sadıqov qeyd edib ki, Ermənistanın silahlanması Azərbaycan üçün təhlükə mənbəyi ola bilməz: “Çünki, ölkəmizin hərbi potensialı kifayət qədər güclüdür və Azərbaycan tək Rusiyadan deyil, digər ölkələrdən də daha müasir silahlar alır. Bir sözlə desək ölkəmizin bu sahədə gördüyü işlər daha nəhəng, irimiqyaslıdır. Lakin onu da qeyd edək ki, Rusiyanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyi təhdid edir və gərginliyin daha da artmasını stimullaşdırır. Çünki Ermənistan bir sıra dövlətlərə öz ərazi iddialarını dəfələrlə nümayiş etdirib. Düşmən ölkə indi də Azərbaycan, Türkiyə və Gürcüstana qarşı torpaq iddiasındadır. Bu baxımdan düşünürəm ki, təcavüzkar dövlət silahlandırılmamalıdır”.
Politoloq vurğulayıb ki, hazırda əsas iş Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələsi olmalıdır: “Rusiya Ermənistanın uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxladığını çox yaxşı bilir. Belə olan halda, qonşu ölkə vasitəçi olaraq məhz bu istiqamətdə olan addımlarını artırmalıdır. Lakin Rusiya Ermənistanı silahlandırmaqla onu özünə güclü forposta çevirmək niyyətində olduğunu ortaya qoyur. Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB