İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib. AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev "Kibernetika və informatika problemləri" III Beynəlxalq konfransının yekunları, institutun aspirant və dissertantlarının attestasiyasının keçirilməsi haqqında söhbət açıb. O, həmçinin AMEA-nın TERENA-ya (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) üzv qəbul edilməsi barədə danışıb.
İnstitutun elmi katibi Mədinə Səidova aspirant və dissertantlara tapşırılmış işlərin icra vəziyyəti haqqında məlumat verib. Cari ilin oktyabr-noyabr aylarında doktoranturaya qəbulun keçiriləcəyini qeyd edən aspirant və dissertantlarla iş şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Fərhad Yusifov "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nda dəyişiklikləri nəzərə çatdırıb. F.Yusifov aspirant və dissertantların elmi işində qoyulmuş məsələlərə dair məqalələrin hazırlanması vəziyyətini açıqlayıb.
Təhsilin informasiyalaşdırılması problemləri istiqamətində AMEA İTİ-də aparılan məqsədyönlü işlər haqqında məlumat verən Tədris-İnnovasiya Mərkəzinin müdiri Rəsmiyyə Mahmudova Təhsil Problemləri İnstitutu ilə birgə keçiriləcək konfransla bağlı çıxış edib.
İclasda həmçinin "E-hökumətin 2010-2011-ci illərdə formalaşdırılması üzrə Fəaliyyət Proqramı", AR Prezidenti yanında Elmin İnkişaf Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə müsabiqələrin keçirilməsi, beynəlxalq əlaqələr şöbəsinin formalaşdırılması, informasiya texnologiyaları üzrə Beynəlxalq Tədqiqat Mərkəzinin (Cənubi Koreya) professor heyəti və bir qrup əməkdaşı ilə görüşün, beynəlxalq konfransların keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB