Politoloq: “Sarkisyan müxtəlif bəhanələrlə iclasdan qaçır” AÇIQLAMA
“Azərbaycan və Ermənistan prezidentlərinin növbəti dəfə baş tutacaq görüşündən hər bir Azərbaycanlı kimi bizim də gözləntimiz Ermənistan prezidentinin nəhayət ki, doğru olan bir qərarı verərək, öz xalqının səfalətinə son qoyacaq və işğal etdiyi Azərbaycan torpaqlarından erməni hərbi birləşmələrinin çıxmasına razı olacaqdır. Bu, hər birimizin arzusu olması ilə yanaşı Sarkisyanın həm də nəhayət ki, beynəlxalq hüquq normalarına hörmət etməsi olardı”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.
“Ancaq mən şəxsən Ermənistan prezidentinin asanlıqla belə qərar verəcəyinə inanmıram. Biz çox gözəl bilirik ki, Sarkisyan müstəqil qərar vermək iqtidarında deyil və heç bir zaman müstəqil siyasət yürüdə bilməyən bir prezidentdən belə qərar gözləmək sadəlöhvlük olardı. Bu mənada mən hesab edirəm ki, beynəlxalq təşkilatlar və ATƏT-in Minsk qrupunda təmsil olunan ölkələr Ermənistan hökumətini beynəlxalq hüquq normalarına hörmət etməyi və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığını Sarkisyana əməli fəaliyyətlər başa salmalıdırlar. Əməli fəaliyyət müxtəlif növ sanksiyaların tətbiq olunması və ona konkret olaraq işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün zaman bildirilməlidir. Yoxsa, yenə də Sarkisyan gedib beynəlxalq tədbir və iclaslarda yatıb ölkəsinə gələcək”-deyə, R.Alıyev deyib.
Politoloq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti ilə Ermənistan prezidenti sığınmağa başqa yer tapa bilmədiyi üçün müxtəlif bəhanələrlə iclas zamanı ya qaçır, ya da iclas gedə-gedə yatır: “Çünki onun deyəcək bir cavabı yoxdur. Özü də bilir ki, işğalçı bir ölkənin prezidentidir. Bu işğal Azərbaycan dövlətinə və xalqına zərbə vurmaqla yanaşı öz ölkəsinə və xalqına da zərbə vurub ki, bugün Ermənistan dövləti regionda baş tutan bütün əhəmiyyətli layihələrdən kənarda qalıb və əhalisi səfalət içərisindədir. Azərbaycan isə öz inkişafı ilə regionda söz sahibidir və bütün dövlətlərlə bərabərhüquqlu şəkildə əməkdaşlıq edir, əhalisi də öz dövlətindən və hazırki hakimiyyətindən razıdır”.
R.Alıyev əlavə edib ki, bütün bunların hər birini Ermənistan prezidenti Sarkisyan çox gözəl bilir və düşünürəm ki, onun səlahiyyətində olsa və öz xalqını düşünsə tərəddüd etmədən işğal etdiyi Azərbaycan torpaqlarını erməni hərbi birləşmələrindən boşaldar: “Azərbaycan Prezidenti İlham Əliyevin məsələyə yenə də öz kəskin mövqeyini qoyacağını və Ermənistan tərəfinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxmasını tələb edəcəyinə hər bir Azərbaycanlı əminliklə inanır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB