Türkiyədə erməni vandalizminin növbəti izləri tapılıb

Türkiyədə erməni vandalizminin növbəti izləri tapılıb

Türkiyənin Ərdahan vilayətinin Karagöl kəndində bina tikintisi üçün bünövrə qazıntısı vaxtı kütləvi məzarlıq tapılıb. SİA-nın "Hüriyyət"ə istinadən xəbər verir ki, kütləvi məzarlığın 94 il bundan qabaq ermənilər tərəfindən soyqırıma məruz qalan 17 yerli türkə aid olduğu güman olunur. Belə ki, ermənilər həmin ərazidə yerləşən evlərə od vurmaqla türkləri diri-diri yandırırlarmış, canını qurtarıb bayıra çıxanlar isə gülləyə tuş gəlirlərmiş.

 

Qeyd edək ki, Türkiyə Prokurorluğunun əmri ilə tikinti sahəsində qazıntı işləri dayandırılıb. Tapılan insan sümükləri isə məhkəmə tibb ekspertizasına göndərilib.

 

Məhəllədə yaşayan bəzi yaşlı sakinlər də bu yerdə ermənilər tərəfindən öldürülən türklərə aid şəhidlər xiyabanın olduğunu təsdiq ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə