Bu gün Meksikada keçiriləcək BTİ konfransında Əli Abbasov da iştirak edəcək - SƏFƏR
Bu gün Meksikanın Qvadalaxara şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edəcək. Konfransda BTİ-nin ümumi siyasəti müəyyən edilir, dördillik strateji və maliyyə planları qəbul olunur, eləcə də təşkilatın ali rəhbərliyi və Radioreqlament Komitəsinə üzvlər seçilir. Səlahiyyətli Konfrans həmçinin BTİ-nin növbəti Şurasının heyətinə daxil ediləcək üzv-dövlətləri də seçir.
Qeyd etmək lazımdır ki, Azərbaycan BTİ Şurasına C regionundan (Şərqi Avropa və Şimali Asiya) daxil olmaq üçün öz namizədliyini irəli sürüb. Şuraya üzvlərin seçilməsi oktyabrın 11-də keçiriləcək.
Beynəlxalq Telekommunikasiya İttifaqının ali orqanı olan Səlahiyyətli Konfrans dörd ildən bir çağırılır və mühüm əhəmiyyət kəsb edən bir tədbir hesab olunur. Burada BTİ-nin üzv-dövlətləri təşkilatın gələcək fəaliyyətinə dair qərarlar qəbul edir və bununla da İttifaqın dünya üzrə informasiya-kommunikasiya texnologiyalarının inkişafına təsir etmək imkanı müəyyən edilir.
Qeyd edək ki konfrans oktyabrın 22-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB