Ermənistan Silahlı Qüvvələri yenidən mövqelərimizi atəşə tutublar

Ermənistan Silahlı Qüvvələri yenidən mövqelərimizi atəşə tutublar

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 3-də saat 08.40-dan 08.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən saat 14.20-dən 14.40-dək və 23.25-dən 23.35-dək Ağdam rayonunun Baş Qərvənd və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 16.00-dan 16.45-dək və 18.30-dan 18.55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, oktyabrın 4-də saat 00.15-dən 00.30-dək isə Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə