Bu gündən etibarən ATƏT-in qiymətləndirmə missiyası işğal edilmiş Azərbaycan ərazilərində müşahidələr aparacaq
Bu gündən etibarən ATƏT-in qiymətləndirmə missiyası Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonlarda müşahidələr aparacaqlar. SİA-nın xəbərinə görə, müşahidələr oktyabrın 14-nə kimi davam edəcək.
Qeyd edək ki, bu haqda məlumatı ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov, eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşik BMT Baş Assambleyasının sessiyasından sonra öz bəyənatları çərçivəsində vermişdilər. Həmsədrlər Astanada keçiriləcək ATƏT-in sammiti üzrə hazırlıq da daxil olmaqla, öz iş planları ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini gələn aylarda tanış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB