Prezident İlham Əliyev Azərbaycan və Mavritaniya arasında iki sazişi təsdiq edib
Prezident İlham Əliyev Azərbaycan Respublikası və Mavritaniya İslam Respublikası arasında 2010-cu il iyulun 15-də Bakı şəhərində imzalanmış bir sıra sənədin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
SİA-nın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Mavritaniya İslam Respublikasının Ticarət, Ənənəvi Sənaye və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Mavritaniya İslam Respublikasının Kəndlərin İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında saziş təsdiq edilib.
Nazirlər Kabinetinə bu sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.
Xarici İşlər Nazirliyinə bu sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Mavritaniya İslam Respublikası tərəfini xəbərdar etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB