Lənkəran rayonunun Kosalar kəndində Mivo adlanan ərazidən IX-XII əsrlərə aid daş abidə aşkar edilib. SİA-nın məlumatına görə, kənd sakini Cavanşir Həsənzadə həyətyanı sahədə qazıntı apararkən qədim sənət nümunəsi ilə rastlaşıb. Daş abidənin üzərində başında tac və od püskürən şir əks olunub. Üzərində müxtəlif işarələr olan abidənin hündürlüyü təxminən 80, eni isə 60 santimetrdir.
Abidənin aşkar olunduğu ərazidə 2 hektara yaxın sahə kərpiclə hasara alınıb. Abidə əhəng daşındandır. Şirin bədənini ulduz təsvirləri bəzəyir. Diqqətlə baxdıqda ulduzlar şir bürcünü xatırladır.
Kosalar kəndindəki Mivo adlanan ərazinin tarixi təxminən IX-X əsrlərə təsadüf edir. Ehtimal edilir ki, daş abidənin də yaşı elə bu qədərdir. Yerli sakinlər bildirirlər ki, Kosalar kəndində hələ 1986-cı ildə tunellər aşkar edilib. Kənddə bir neçə küp qəbir də tapılıb. O zaman burada xeyli miqdarda maddi-mədəniyyət nümunələri aşkar olunsa da, ərazi mühafizə olunmamış, əkin üçün istifadə edilib.
Bütün bunlar onu gostərir ki, aşkar edilən daş abidənin, o cümlədən Lənkəranın Kosalar kəndinin tarixinin ciddi tədqiqata ehtiyacı vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB