Azərbaycan prezidenti almaniyalı həmkarını təbrik edib

Azərbaycan prezidenti almaniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının prezidenti Kristian Vulfu bu ölkənin milli bayramı – Alman birliyi günü münasibətilə təbrik edib.

SİA-nın məlumatına görə, təbrik məktubunda deyilir: "Azərbaycan-Almaniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi, istər ikitərəfli qaydada, istərsə də Avropa strukturları çərçivəsində səmərəli əməkdaşlığımız məmnunluq doğurur. Əminəm ki, dövlətlərarası münasibətlərimizin, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə