Milli Məclisin nümayəndə heyəti AŞPA-nın payız sessiyasında iştirak edəcək
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat bu beynəlxalq təşkilatın payız sessiyasında iştirak etmək üçün oktyabrın 4-dən 8-dək Strasburqda səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nümayəndə heyətinə deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov və Sabir Hacıyev daxildirlər.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada milli təhlükəsizlik, ekstremizmlə mübarizə, valideyn qayğısından məhrum olmuş uşaqlar və təsisatlarda uşaqlarla pis davranış, insan haqları və biznes, Avropa Şurası İnkişaf Bankının strategiyası, Ukraynada demokratik təsisatların fəaliyyəti, Moldovada konstitusional referendumun nəticələri və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Sessiyada Milli Məclisin deputatı Rafael Hüseynovun "Səs və işıq ifratları" adlı məruzəsi dinləniləcək, sənəd ətraflı müzakirə olunacaqdır. Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxış edərək fikirlərini bildirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB