Suriya prezidenti Bəşər Əsəd bu gün İrana səfər edəcək. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, o, səfər çərçivəsində iranlı həmkarı Mahmud Əhmədinejadla görüşəcək. Məlumata görə, tərəflər dost ölkələr arasındakı əlaqələri, eləcə də regional və beynəlxalq arenada baş verən son hadisələrin inkişafını müzakirə edəcəklər.
Qeyd edək ki, bu, Bəşər Əsəd və Mahmud Əhmədinejad arasında son iki həftədə ikinci görüş olacaq. Sentyabrın ortalarında İran prezidenti Nyu-Yorka səfəri zamanı Dəməşqdə qısa müddət ərzində dayanmış və hava limanında Bəşər Əsədlə görüşmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB