ABŞ rəsmisi: "ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir" - AÇIQLAMA

ABŞ rəsmisi: "ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir" - AÇIQLAMA

Azərbaycanın etiraz notasına Amerikadan cavab gəlib. SİA-nın məlumatına görə Dağlıq Qarabağdakı erməni separatçılarının qondarma parlamentinin rəhbəri Aşotun ABŞ-a səfəri və onun konqresdəki əlaqələrinə dair Azərbaycanın göndərdiyi etiraz notasına ABŞ səfirliyi bu gün cavab göndərib.

Şərh formasında göndərilən cavabda səfirlik rəsmisi "spiker"in ABŞ səfərində heç bir rəsmi görüşmənin gerçəkləşmədiyini bildirib: "Aşot ABŞ-a sadə bir Ermənistan vətəndaşı olaraq səfər edib. Azərbaycanın narahatçılığını anlayırıq, amma və bu səfər ərzində heç bir rəsmi görüş olmayıb".

Qeyd edək ki, şərhdə ABŞ rəsmisi: "ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir"- deyə fikirlərini bitirib.

Bütün xəbərlər Facebook səhifəmizdə