“Avropa Şurasının baş katibi Torbörn Yaqlandla, Çexiya prezidenti Miloş Zemanın Rusiya və Krımla bağlı açıqlamaları olduqca düşündürücüdür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.
Onun sözlərinə görə, Yaqland Krımın işğalına görə Rusiyanın AŞPA-da əlindən alınan səs vermək hüququnun geri qaytarılmasını təklif edir: "Səbəb kimi də onu göstərir ki, Rusiya üzvülük haqqı ödəmədiyindən ya Avropa Şurasının özünün, ya da onun təbliğ etdiyi dəyərlərinin qorunub saxlanması zərurəti ilə üzləşib. Çexiya prezidenti isə deyib ki, Ukraynanın Krımı qaytarmaq səyləri və qərbin də bu məsələdə ona dəstək verməsi Avropada böyük savaşa aparıb çıxaracaq. Cənab Zeman Krım məsələsinin artıq həll edildiyini, onu geri qaytarmağa səy göstərməkdənsə, Ukraynanın bunun qarşılığında Rusiyadan qaz və neft, almalı olduğunu bildirib".
Xatırladaq ki, Avropa Şurasının büdcəsi orada təmsil olunan dövlətlərin ödədikləri üzvülük haqqlarından formalaşır və bu il üçün 454 milyon 586 min 500 avro müəyyənləşib. Rusiya həmin pulun təqribən 7 faizini ödəyir. Bu il Rusiya 33 milyon avro ödəməliydi, ancaq həmin pulun 11 milyonunu verməkdən imtina edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB