Akif Nağı: “Ortada konkret məsələ yoxdur” AÇIQLMA

Akif Nağı: “Ortada konkret məsələ yoxdur” AÇIQLMA

“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri və keçirdikləri görüşlər yenə də arzuolunan olmadı. Çünki hər bir görüşü ermənilər özlərinin təbliğat vasitəsi kimi hesab edirlər. Həmsədrlərin verdikləri birgə bəyanatdan da aydın olur ki, onları razı salan həm Azərbaycan, həm də Ermənistan tərəfinin məsələnin danışıqlar yolu ilə həllinə tərəfdar olmasıdır”. Bunu SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, axın vaxtlarda prezidentlərin görüşü də gözlənilir: “Həmsədrlər bunu bir müsbət nəticə kimi qeyd edirlər. Yəni rəsmi Bakı, Azərbaycan Xarici İşlər Nazirliyi də özlərinin açıqlamalarında göstərdi ki, ermənilər aprel döyüşlərindən sonra şərt qoyacaq. Guya Azərbaycan atəşkəsi pozub, hansısa hərbi əməliyyatlara meyillidir. Ermənistan şərtləri yerinə yetirmədiyinə görə, məcburdurlar ki, yenidən danışıqlar masasına otursunlar. Amma hərhalda yenə də predmet, konkret bir məsələ yoxdur. Beləcə, ermənilər öz mövqelərində qalır, işğalçılıq siyasətlərini davam etdirirlər. Ona görə də bu danışıqların aparılmasının heç bir nəticəsi yoxdur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə