Bu gün Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının Balaqusar kənd ərazi ilk partiya təşkilatında partiyanın yaradılmasının 25-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Siyasi Şuranın üzvü, rayon təşkilatının sədri David İbramxəlilov Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yaranmasından, qısa zaman məsafəsində onun keçdiyi böyük inkişaf yolundan, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolu barədə geniş məlumat verib. Rayon təşkilatı sədri bildirib ki, ciddi sınaqlardan çıxmış YAP 25 il ərzində təşəkkül tapıb, inkişaf edib, möhkəmlənib və ildən-ilə öz sıralarını genişləndirərək, xalqın partiyasına çevrilib.
Tədbirdə çıxış edən rayon təşkilatının sədr müavini Nadirşah Şirinov çıxışında partiyanın keçdiyi şərəfli, qürurverici tarixindən söz açıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası xalqın və dövlətin maraqlarına əsaslanan fəaliyyəti ilə, nəinki Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda ən aparıcı lider partiya olduğunu qeyd edib.
YAP Qusar rayon təkilatının şura üzvü Ağadadaş Ömərov və Balaqusar kənd ərazi ilk partiya təşkilatının sədri Azər Rzayev bildiriblər ki, Azərbaycanın bugünkü inkişafı və tərəqqisi hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi doğurur.
Qeyd olunub ki, yarandığı vaxdan bu günə qədər şərəfli və uğurlu yol keçən, sıralarında 700 mindən çox üzvü ehtiva edən Yeni Azərbaycan Partiyası xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir.
NƏZAKƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB