Sabunçuda YAP-ın 25 illiyi münasibəti ilə silsilə tədbirlər davam edir
"Yeni Azərbaycan Partiyası- 25" və 2017-ci il "İslam Həmrəyliyi İli" mövzusunda növbəti tədbir keçirilib
Bu gün YAP Sabunçu rayon təşkilatı və Sabunçu rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Yeni Azərbaycan Partiyası- 25" və 2017-ci il "İslam Həmrəyliyi İli" mövzusunda növbəti tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehribvn Abasquliyeva bildirib ki, keçirilən tədbir şərqşünas-alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum gününə təsadüf edir.
Tədbir iştirakçıları ilk öncə Aida İmanquliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra çıxış edən rayon təşkilatının sədri M.Abasquliyeva bildirib ki, Yeni Azərbbaycan Partiyasının 25 illik yubileyi "İslam Həmrəyliyi İli" ilə bir ilə təsadüf edir: "Ölkə başçısı İlham Əliyev 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili" elan etməklə, beynəlxalq aləmə onu da sübut etdi ki, xalqımız uzun əsrlər boyu tolerant mühitə malik olub. Məhz bu amil həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, dövlətimizdə yürüdülən siyasət bütün sahələri əhatə etməklə yanaşı, bu sahəni də əhatə etməkdədir. Xüsusilə, Yeni Azərbaycan Partiyasının 25-ci ildönümünün bu tarixlə üst-üstə düşməsi bizləri ikiqat sevindirir. Həmrəylik və birlik həm də vəhdət deməkdir. Bu gün xalqımız Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Cənablarının ətrafında sıx birləşərək, Onun siyasətinə birmənalı dəstək verir. Xalq-hakimiyyət birliyinin bariz nümunəsi olaraq, Azərbaycan daha da güclənir və qüdrətli ölkəyə çevrilir".
Tədbirdə Sabunçu rayon icra hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək, Yeni Azərbaycan Partiyasının Azərbaycan xalqının həyatında mühüm rol oynayan xilaskar partiya olduğunu bildirib. Qeyd edib ki, hər bir YAP üzvü dərindən anlamalı, dövlətinin, xalqının inkişaf və tərəqqisinə öz töhfələrini verməkdə davam etməlidir. Qələbələr partiyası olan YAP təmsilçiləri
olaraq, həmrəyliyin, tolerantlığın müqabilində ölkəmizdə sabitliyimizin qorunmasında yorulmadan və əzmlə çalışmaqda davam edəcəyik.
Tədbirdə AMEA Fəlsəfə İnstitutunun direktoru, Yeni Azərbaycan Partiyasının üzvü, professor İlham Məmmədzadə, AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, Yeni Azərbaycan Partiyasının üzvü, professor Rəna Mirzəzadə,
AMEA Fəlsəfə İnstitutunun elmlər doktoru, YAP üzvü Lalə Mövsümova, AMEA Fəlsəfə İnstitutunun elmlər doktoru, YAP üzvü Ziba Ağayeva, AMEA Fəlsəfə İnstitutunun elmlər üzrə fəlsəfə doktoru, YAP üzvü Habil Həmidov, AMEA Fəlsəfə İnstitutunun siyasət üzrə fəlsəfə doktoru, YAP-ın AMEA Fəlsəfə İnstitutunun ərazi ilk partiya təşkilatının sədri Sənan Həsənov, AMEA Fəlsəfə İnstitutunun siyasət üzrə fəlsəfə doktoru, YAP üzvü Davud Həşimov, AMEA Fəlsəfə İnstitutunun fəlsəfə doktoru, YAP üzvü Samirə Kadıyeva və digərləri çıxış edərək 2017-ci ilin ölkə Prezidenti İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi İli" elan olunduğunu söyləyərək, onun regional və qlobal dünyəvi əhəmiyyətindən bəhs ediblər. Həmçinin, çıxış edənlər YAP-ın keçdiyi şərəfli 25 illiyi ilə bağlı danışaraq, vurğulayıblar ki, xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının yaranması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi və Azərbaycana rəhbərlik etməsi YAP-ın fəaliyyətini bir qədər də gücləndirdi. Vurğulanıb ki, YAP-ın yaradılmasından ötən dövr ərzində zəngin inkişaf yol keçdiyini və bu gün Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin yorulmaz və məqsədyönlü fəaliyyəti sayəsində ölkənin ictimai-siyasi həyatında nüfuzunun daha da artıb.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB