Milli Məclisin deputatları Rauf Əliyev və Nizami Cəfərov Qırğızıstanda keçiriləcək prezident seçkilərini izləmək üçün Bişkekdə səfərdə olacaqlar. Rauf Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyası tərkibində, Nizami Cəfərov TürkPA xətti ilə seçkiləri müşahidə edəcəklər.
Millət vəkilləri bir sıra seçki məntəqələrində olacaq, prosesin təşkili, vətəndaşların fəallığı ilə maraqlanacaqlar.
Səfər oktyabrın 17-də başa çatacaq.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB