Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 1-də saat 16.15-dən 16.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cəfərli kəndində yerləşən mövqelərini, saat 12.10-dan 12.30-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20.00-dan 20.30-dək və oktyabrın 2-də saat 04.05-dən 04.50-dək Tərtər rayonunun Qapanlı və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB