Ədliyyə Nazirliyi Penitensiar xidmətin Mühafizə alayının həqiqi hərbi qulluqçularının asudə vaxtlarının səmərəli təşkili, hərbi biliklərinin təkmilləşdirilməsi və onlarda vətənpərvərlik hissinin aşılanması məqsədilə keçirilən silsilə tədbirlər çərçivəsində bir qrup əsgərin Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib.
SİA-nın verdiyi məlumata görə, muzeydə əsgərlər hərbi eksponatlarla tanış olmuş, onlara ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda ordumuzun düşmənə qarşı apardığı mübarizədən bəhs edilib.
Daha sonra Nizami kino mərkəzində əsgərlərə Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıqlara həsr olunmuş “Ultimatum” adlı sənədli xroniki film nümayiş olunub.
Mühafizə alayının məsul əməkdaşlarının, millət vəkillərinin, müharibə veteranlarını və hərbçilərin iştirak etdikləri tədbir əsgərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB