Deputatlarımız Qırğızıstanda prezident seçkilərini müşahidə edəcəklər

Milli Məclisin deputatları Nizami Cəfərov və Rauf Əliyev Qırğızıstanda keçiriləcək prezident seçkilərini izləmək üçün Bişkekdə səfərdə olacaqlar. Parlamentin mətbuat xidmətinin məlumatında qeyd olunur ki, Rauf Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyası tərkibində, Nizami Cəfərov TürkPA xətti ilə seçkiləri müşahidə edəcəklər.

Deputatlar bir sıra seçki məntəqələrində olacaq, prosesin təşkili, vətəndaşların fəallığı ilə maraqlanacaqlar. Səfər oktyabrın 17-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə