Binəqədidə YAP-ın yubiley tədbirləri davam edir

Bu gün YAP Binəqədi rayon təşkilatının Bakı Humanitar Kolleci ərazi ilk partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar tədbiri keçirilib. Tədbirdən öncə kollecin tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Geniş bədii proqramla davam edən tədbirdə kollecin istedadlı tələbələrinin ifasında Yeni Azərbaycan Partiyasına, Ulu Öndər Heydər Əliyevə və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə, eləcə də, vətənpərvərliyə həsr olunmuş mahnılar, xor ifaları və şeirlər səsləndirilib. Bədii proqramda xorun, 2013-cü ildə keçirilən Muğam Televiziya Müsabiqəsinin qalibi Ramiz Bayramovun, xalq artisti Mübariz Tağıyevin ifaları səsləndirilib, eləcə də, yallı rəqsi nümayiş etdirilib.

Bədii proqram başa çatdıqdan sonra tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının üzvü, Bakı Humanitar Kollecinin tərbiyə işləri üzrə prorektoru Əsəd İbrahimov bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranıb və çox böyük sınaqlarla üz-üzə qalan Azərbaycan xalqını düşdüyü ağır vəziyyətdən xilas edib. O, 1992-ci ilin 21 noyabrında Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının 550 nəfərdən ibarət nümayəndənin iştirak etdiyi təsis konfransında Ulu Öndər Heydər Əliyev partiyaya Sədr seçilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycanın dövlətçilik tarixinə nəzər salıb. Ölkəmizin zəngin və qədim tarixə malik olduğunu, müxtəlif vaxtlarda amansız işğallara məruz qaldığını söyləyib. 1918-ci ildə müstəqilliyini bəyan edən ölkəmizin cəmi 23 ay ömür sürdüyünü və Sovet imperiyasının yenidən ağır işğalına məruz qaldığını qeyd edib. 70 illik istiladan sonra 1991-ci ildə Azərbaycanın müstəqillinə qovuşduğunu diqqətə çatdırıb. Təşkilat sədri yenicə müstəqillik qazanmış ölkəmizin çox çətin günlər yaşadığını, ağır təhlükələrlə üz-üzə qaldığını bildirib: "Belə bir vəziyyətdə dövlətinin və xalqının əsl siyasi rəhbərə, xilaskara ehtiyacı olduğunu söyləyib. Məhz Dahi

Şəxsiyyət Heydər Əliyevin əsl xilaskarlıq missiyası ilə xalqının çətin günündə onun yanında oldu və problemlərinin həlli üçün bütün gücünü səfərbər etdi. YAP-ın yaranması, təşəkkülü və uğurlu fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin bariz nümunəsidir". Daha sonra YAP-ın tarixindən, siyasi-ideoloji prinsiplərindən, Nizamnamə və Proqramından danışıb. Rayon təşkilat sədrinin həmçinin, dünyadakı geosiyasi proseslərə toxunaraq, Azərbaycanın davamlı inkişafına kölgə salmaq istəyən qüvvələrin pozucu fəaliyyətini qeyd edib. Bütün gənclərimizi ayıq-sayıq olmağa və düşmənlə mübarizədə daha qətiyyətli olmağa çağırıb. Bakı Humanitar Kollecin uğurlu fəaliyyətinə də diqqət yönəldərək, bu təhsil ocağının istedadlı tələbələr yetişdirdiyini və partiyanın tədbirlərində və ictimai işlərində yaxından iştirak etdiklərini vurğulayıb. Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar partiya üzvlərini təbrik edərək, onlara uğurlar arzu edib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilən bir nəfərə partiya üzvlük vəsiqəsi təqdim edilib. Rəsm sərgisində qalib gələn tələbələr və tədbirin sonunda tədbirlərin təşkilində yaxından iştarak etdiyinə, 65 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyasının fəalı Bəhruzə Məmmədova Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edilib.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə