AŞPA-da səsvermənin ilk mərhələsi keçirilib

AŞPA prezidenti vəzifəsinə seçkilərin ilk mərhələsində iki namizəddən heç biri tələb olunan mütləq səs çoxluğunu qazana bilməyib. SİA-nın xəbərinə görə, seçkilər bu gün AŞPA-nın Strasburqda keçirilən parlament sessiyası çərçivəsində keçirilib.

Belə ki, Stella Kiriakides (Kipr) 126, Emanuelis Zinqeris (Litva) isə 84 səs toplayıb.

Səsvermənin ikinci mərhələsi bu gün bir qədər sonra keçiriləcək.

Xatırladaq ki, oktyabrın 6-da Pedro Aqramunt sağlamlığındakı problemləri səbəb göstərərək könüllü şəkildə AŞPA prezidenti vəzifəsindən istefa verib.

Bütün xəbərlər Facebook səhifəmizdə