Ermənistan-İran Azad Ticarət Zonasının yeri hələ təyin edilməyib

Ermənistan-İran Azad Ticarət Zonasının yeri hələ təyin edilməyib

İran İslam Respublikası Sənaye, Mədən və Ticarət Palatasının sədri Məhəmməd Nəhavəndiyan 1 Oktyabrda NEWS.am müxbirinə vediyi açıqlamasında "Ermənistan-İran Azad Ticarət Zonasının yerinin hələ təyin olunmadığını" deyib.

SİA-nın məlumatına görə, iranlı işadamı azad ticarət zonasının ermənistanlı işadamlarına İrana gömrük vergisindən azad mal ixrac etmə imkanı təmin edəcəyini söyləyib. Nəhavəndiyan eyni şəkildə iranlı tacirlərin də Ermənistan bazarına daha çox ixracat imkanı təmin edəcəyini qeyd edib.

Qeyd edək ki, 23-24 Oktyabrda Ermənistanda İran Məhsulları Sərgisinin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə