Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva və Ankara S-400 raketlərinin texnoloji istehsalı ilə bağlı mümkün razılaşma danışıqlarını ekspertlər mərhələsində aparırlar. SİA xəbər verir ki, bu barədə RT agentliyinin rus dili bölümündə bildirilib. “Mən sizə deyə bilərəm ki, sözügedən məsələdə danışıqlar və təmaslar ekspertlər mərhələsində aparılmaqdadır” -deyə, Peskov bildirib.
Həmçinin saytın yazdığına görə, Rusiya zenit komplekslərinin təchizatı üçün daha öncə Türkiyədən avans alıb.
Bununla bağlı Pentaqonun rəsmi nümayəndəsi, polkovnik Mişel Baldanza bəyan etmişdi ki, müttəfiqlərinin Rusiyanın istehsal etdiyi S-400 zenit komplekslərini əldə etmək marağı ABŞ-ı narahat edir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB