Süleyman Vəzirovun 100 illik yubileyi qeyd olunacaq

Süleyman Vəzirovun 100 illik yubileyi qeyd olunacaq

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycanın görkəmli neftçisi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi Süleyman Azad oğlu Vəzirovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

SİA-nın məlumatına görə, sərəncama əsasən Dövlət Neft Şirkətinə Sənaye və Energetika Nazirliyi ilə birlikdə Süleyman Vəzirovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırığı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə