Gəncədə fəaliyyət göstərən mədəniyyət evləri və klublarının təmirə ehtiyacı var. SİA-nın bölgə müxbirinin apardığı araşdırma zamanı məlum olub ki, hazırda ölkənin ikinci böyük şəhərində bəzi mədəniyyət ocaqlarının vəziyyəti ürəkaçan deyil. Şəhərdə 3 mədəniyyət evi və 6 mədəniyyət klubu fəaliyyət göstərir ki, onların da bu gün yenidən qurulmasına ehtiyac yaranıb.
Mədəniyyət ocaqlarının yerləşdiyi binaların əksəriyyəti "əldən düşmüş" 19-cu əsrin tikililəridir. Yağış suları binaların dam örtüklərindən içəri axır. Divarlarda çatlar əmələ gəlib. Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsindəndə mədəniyyət ocaqlarının əsaslı təmirinə ehtiyac olduğunu etiraf edirlər.
Qurumun baş inspektoru Bəxtiyar Muradovun SİA-ya verdiyi məlumata görə, bu istiqamətdə istər daxili imkanlar hesabına, istərsə də Mədəniyyət və Turizm Nazirliyinin ayırdığı vəsaitə uyğun olaraq müəyyən tədbirlər görülür. "Hər il mədəniyyət evlərinin və klubların cari təmiri aparılır. Gələcəkdə vəsait ayrıldıqdan sonra əsaslı təmirinə də başlanılacaq", deyə B. Muradov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB