Seymur Orucov: "Gənclər heç vaxt müxalifətə dəstək verməyəcək" RƏY

Seymur Orucov: "Gənclər heç vaxt müxalifətə dəstək verməyəcək" RƏY

""Milli Şura"nın biabırçı aksiyası radikalizmin növbəti fiaskosunun real və məntiqi nəticəsiydi". Bi fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov adıçəkilən müxalifət qurumunun keçirdiyi uğursuz mitinqinin nəticələrinə münasibətini bildirərkən deyib. Onun fikrincə, xüsusilə gənclərin müxalifəti rədd etməsi belə qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycanın real gəncliyi məhz inkişaf yolunu addımlayaraq, qaragüruhçuluğa, çirkin siyasi ambisiyalara söykənən qara məqsədlərə qətiyyətli "yox" deyirlər: "Əgər belə olmasa idi, biz meydanlarda tamamilə əskini görərdik. Ancaq "Milli Şura"nın sonuncu aksiyasında da uzağı 1000, 1200 nəfərin olduğunu gördük. Bu isə açıq-aşkar rəzalət və fiaskodur".

"Artıq onu da deyə bilərik ki, istər Əli Kərimli, istərsə də onun yan-yörəsində olanlar öz niyyətlərinin baş tutmadığını anlayırlar"-deyə qeyd edən YAP GB-nin sədri əlavə edib ki, "liderlər" sadəcə, bunu qəbul etməyi dillərinə gətirə bilmirlər: "Baxın, mitinqdən öncə bunlar deyirdilər ki, öz media resurslarında mitinqin gedişini başdan-axıradək canlı yayımlayacaqlar. Amma mitinqə insanların gəlmədiyini gördükdən sonra öz vədlərinə qarşı çıxdılar. Bu, bir uğursuzluq etirafı idi ki, şahidlərinə çevrildik".

Seymur Orucov nəticə olaraq bildirib ki, xalq-dövlət vəhdəti, xüsusi ilə gənclərin bu istiqamətdə ölkə rəhbərliyinin yürütdüyü siyasətə birmənalı olaraq dəstək verməsi artıq danılmaz həqiqətə çevrilib: "Belə bir həqiqətin qarşısında isə yalanları, böhtan və qərəzləri ilə xarici ağalarına sığınan, özlərini xalqdan təcrid edən satqın müxalifət "liderlərinin" heç bir məqsədləri reallaşmayacaq. Bu günkü rüsvayçı mitinq oyunbazlığı həmin faktı kifayət qədər isbatlamış olduı".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə