"Xankəndinə qanunsuz səfər Ankaranın rəsmi siyasətini əks etdirmir"
Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Müftüoğlu ölkə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərnə münasibətini bildirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, H.Müftüoğlu bildirib ki, sözügedən səfər rəfəri rəsmi orqanlarla müzakirə edilmədən həyata keçirilib".
Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək: "Dörd Türkiyə vətəndaşının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ankaranın rəsmi siyasətini əks etdirmir".
Məlumat üçün nəzərinizə çatdıraq ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup ziyalı - Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili “Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər edib, qrup üzvləri anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB