NATO-nun baş qərargahında Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüş keçirilib
Avropa İttifaqı (Aİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə layihəsi çərçivəsində Brüsseldə səfərdə olan DQİDK-nın və Azərbaycan Respublikasında fəaliyyət göstərən dini icmaların nümayəndələri NATO-nun baş qərargahında bu təşkilatın ictimai diplomatiya bölməsinin rəhbərləri səfir Tomaş Xlon, professor Gerlinde Nihus və Despina Afentuli ilə görüşüblər.
DQİDK-nın məlumatına görə, görüşdə NATO-nun siyasi prioritetləri və tərəfdaşları ilə münasibətləri barədə məlumat verilib, bu gün dünyanı narahat edən təhlükəsizlik və terrorizm problemləri müzakirə edilib. Konfessiyaların rəhbərləri Azərbaycanda dini radikalizmlə mübarizə istiqamətində icma səviyyəsində həyata keçirilən layihələrdən, DQİDK-nın sədr müavini Səyavuş Heydərov isə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən danışıb.
Dini icmaların nümayəndələri görüşlərdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə beynəlxalq təşkilatlar tərəfindən adekvat qiymət verilməməsi ilə bağlı narazılıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB