Olimpiya çempionu: “Bu idman dözümlülük, vaxt, səbr tələb edir”
Media Akademiyası "İdman həftəsi" çərçivəsində ilk qonağını qəbul edib. SİA-nın məlumatına görə, müstəqil Azərbaycanın ilk Olimpiya çempionu Zemfira Meftahəddinova tələbələrlə görüş keçirib. SİA-nın məlumatına görə, idmana gəlişindən, uğurlarından, yarışlar zamanı baş verən maraqlı hadisələrdən söz açan olimpiya çempionu məşğul olduğu idman növünün spesifik xüsusiyyətlərindən də söz açıb: "Bu idman dözümlülük, vaxt, səbr tələb edir. Qadın üçün xüsusilə çətindir. Çünki müəyyən yaşdan sonra ailəni və idman nailiyyətlərini bir arada davam etdirmək problem yaradır. Mən isə bu problemi yaşamıram".
Tələbələrə uğurlarının sirrini açan Zemfira xanım bildirib ki, o hədəfi gözü ilə deyil, intuisiyası ilə nişan alır. Gələcək planları haqqında verilən sualı cavablandıran Z.Meftahəddinova bildirib ki, bundan sonra əsas məqsədi kiçik oğlu Ruslanı böyüdüb boya - başa çatdırmaq və növbəti olimpiya oyunlarında doğma vətəninə daha bir medal qazandırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB