Millət vəkili: “Çox uzaq olmayan bir dövrdə Dağlıq Qarabağ münaqişəsi həll olunacaq”
Dağlıq Qarabağ münaqişəsi 5 ildir ki, Milli Məclisin müzakirəsindədir". SİA-nın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Aydın Mirzəzadə həmkarı İqbal Ağazadənin təklifinə cavab olaraq deyib. O bildirib ki, Milli Məclisin III çağırış müddətində elə bir iclas olmayıb ki, orada Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmasın. Problemlərlə bağlı Prezident İlham Əliyevin çıxışlarına da toxunan millət vəkili Azərbaycanın bu məsələdəki mövqeyinin ortada olduğunu dilə gətirib.
"Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməzdir. Azərbaycan Prezident İlham Əliyevin timsalında öz suverenliyini müdafiə edir və bu istiqamətdəki məqsədi birmənalıdır. Danışıqları pozan Ermənistan tərəfidir. O öz dövlətinə belə yalan deyir. Azərbaycan diplomatiyası isə güclənir. Bu da ölkəmizin nailiyyətidir. Çox uzaq olmayan bir dövrdə Dağlıq Qarabağ münaqişəsi həll olunacaq. Onun hansı yolla həll olunacağına isə hamı şahid olacaq".
Qeyd edək ki, millət vəkili İqbal Ağazadə həmin iclasda Dağlıq Qarabağ münaqişəsinin Milli Məclisin müzakirəsinə çıxarılması təklifini irəli sürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB