"Azərbaycan İraqın ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəkləyir". XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bunu İraqın Kürdüstan regional vilayətində keçirilmiş referendum və bu xüsusda İraqda hadisələrin inkişafı ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan İraqın ərazi bütövlüyü və suverenliyini tanıyır və tam şəkildə dəstəkləyir: "Azərbaycan İraq Respublikasının mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə qarşılıqlı anlaşma və dialoq şəraitində İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB