Onun sözlərinə görə, dünyanın iqtisadi və maliyyə böhranından əziyyət çəkdiyi bir vaxtda Azərbaycan nəinki öz iqtisadi göstəricilərini qoruyub saxlayır, hətta aparılan islahatlar, Prezident İlham Əliyevin uzaqgörən, məntiqli siyasəti nəticəsində bu göstəricilər daha da yaxşılaşır. Azərbaycanın reytinqdə yüksəlməsi onu göstərir ki, ölkənin inkişaf modeli düzgün qurulub".
Azərbaycan iqtisadiyyatının möhkəm təməl üzərində olduğunu deyən B. Sadıqov söyləyib ki, ölkə iqtisadiyyatımızın hər cür sınaqlardan uğurla çıxmağının əsas səbəbində bu amil dayanır: "Beynəlxalq qurumlar da Azərbaycanın bu dövrdə qazandığı uğurları rəqəmlərin dili ilə bir daha əks etdirir".




USD
EUR
GBP
RUB