Ərdoğanla Putin Suriyanı müzakirə edəcək

Ərdoğanla Putin Suriyanı müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında bazar ertəsi günü telefon danışığı keçirilmişdi. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, prezidentlər telefon danışığının ardınca bu gün Ankarada görüşəcək.

Liderlərin Suriyada yaradılacaq atəşkəs ərazisi, enerji layihələri və S-400 ləri müzakirə edəcəyi bildirilir.

Qeyd edək ki, Putinin nümayəndə heyətinin tərkibində xarici işlər naziri Sergey Lavrovla müdafiə naziri Sergey Şoygu da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə