“Planetimizi zibillikdən təmizləyək” devizi altında yarış keçirilib
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azneft" İB və Ekologiya İdarəsinin təşkilatçılığı ilə "Beynəlxalq dəniz günü" və "Planetimizi zibillikdən təmizləyək" aksiyası çərçivəsində Çilov adasında məktəblilərlə görüş və onlar arasında yarış-müsabiqə keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, öncə adadakı məktəbin şagirdlərinin ekoloji mövzuda çəkmiş olduqları rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib və ən yaxşı rəsmlərin müəllifləri mükafatlandırılıbar.
Sonra "Azneft" İB-nin baş direktorunun müavini Faiq Cəfərov və Ekologiya İdarəsinin rəis müavini Vüqar Kərimov məktəblilərə "Beynəlxalq dəniz günü"nün tarixi və əhəmiyyəti, mövcud ekoloji problemlər, onların aradan qaldırılması yolları, dəniz ekoloji mühitinin qorunması, Xəzər dənizinin hazırkı problemləri, neft-qaz hasilatı zamanı baş verə bilən çirklənmələr və onların qarşısının alınması yolları haqqında geniş məlumat veriblər.
Daha sonra "Planetimizi zibillikdən təmizləyək" devizi altında yarış keçirilib. Dörd komandaya ayrılan iştirakçılar yarım saat ərzində çirklənən ərazilərdən müxtəlif çeşiddə tullantıları toplayaraq, aksiyaya dəstək olduqlarını nümayiş etdiriblər. Sonda daha çox tullantı toplayan komandalar, ARDNŞ-nin, Ekologiya İdarəsinin, "Azneft" İB-nin və "28 May" NQÇİ-nin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən müxtəlif hədiyyələr və diplomlarla mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB