Bu gün Milli Məclisin payız sessiyasının ilk iclası keçiriləcək

Bu gün Milli Məclisin payız sessiyası başlayır. SİA-nın məlumatına görə, payız sessiyasının qanunvericilik işləri planına ümumilikdə 12 məsələ daxildir. Sentyabrın 30-u və oktyabrın 8-də keçiriləcək iclaslarda 34 sənəd, hökumətlərarası sazişin ratifikasiyasına dair qanun layihəsi, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq. Bunlar, əsasən dövlət başçısının Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və digər qurumların qanunvericilik təşəbbüsü ilə daxil olan sənədlərdir.

Milli Məclisin payız sessiyasında "Azərbaycan Respublikasının 2011-ci il üçün dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi də gözlənilir. Sənədin Milli Məclisə gələn həftə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə