Mәrkәzi Bankın sәdri “Dünyanın 7 әn yaxşı Mәrkәzi Bank Sәdri”ndәn biri seçilib

Mәrkәzi Bankın sәdri “Dünyanın 7 әn yaxşı Mәrkәzi Bank Sәdri”ndәn biri seçilib

Türkiyәnin ilk dәfә ev sahibliyi ilә keçirilәn Qlobal İqtisadi Simpozium davam edir. SİA-nın məlumatına görə, 500-dәn artıq mütәxәssisin qatıldığı simpoziumda Türkiyә Mәrkәzi Bankının nailiyyәtlәri müzakirә edilib. Qeyd olunub ki, Türkiyә Mәrkәzi Bankı hәtta maliyyә böhranı zamanında da uğurlu tәdbirlәr hәyata keçirib. İqtisadiyyat sahәsindә tanınmış ‘Qlobal Finance’ jurnalı Türkiyә Mәrkәzi Bankının sәdri Durmuş Yılmazı "Dünyanın 7 әn yaxşı Mәrkәzi Bank Sәdri"ndәn biri seçib.

Dumuş Yılmaz verdiyi açıqlamada deyib ki, iqtisadi idarәetmә xәzinә, banklar vә hökumәtlә birliktә bir bütövlük tәşkil edir. Burada hәr kәs öz vәzifәsini yerinә yetirir. Mәrkәzi Banka da bir vәzifә tapşırılıb. Biz dә bu vәzifәnin öhdәsindәn layiqinca yerinә gәlmәk üçün sәy göstәrdik vә müsbәt nәticәlәr әldә etdik. Belә әhәmiyyәtli iqtisadi tәdbirin bu il Türkiyәdә keçirilmәsi bu nailiyyәtlәrin әn böyük göstәricisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə