İndoneziyada ard-arda iki güclü zəlzələ baş verib

İndoneziyada ard-arda iki güclü zəlzələ baş verib

ABŞ Geoloji Araşdırma Mərkəzi İndoneziyada 6,6 bal gücündə zəlzələdən dərhal sonra 7,2 bal gücündə daha bir yeraltı təkan qeydə alındığını bildirib.

SİA-nın məlumatına görə, Mərkəzin şərhində ikinci zəlzələnin ilk zəlzələdən bir dəqiqə sonra, ilkinin bir neçə kilometr şimalında olduğu qeyd edilib. İkinci zəlzələnin episentrinin Aru adalarındakı Dobonun 109 kilometr şimal-qərbində, 12,3 kilometr dərinlikdə olduğu söylənilib.

Mərkəz ilk zəlzələnin mərkəzini Dobonun 110 kilometr şimal-qərbində, 21,2 kilometr dərinlikdə olduğunu bildirib. İndoneziya meteorologiya təşkilatının rəsmisi zəlzələnin ardından tsunami baş verəcəyi ilə bağlı bir məlumat olmadığını deyib.

İndoneziya Meteorologiya və Geofizika qurumu isə Papua əyalətində 7,4 bal gücündə zəlzələ olduğunu açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə