Sülh və Demokratiya İnstitunun (SDİ) direktoru, Azərbaycan hakimiyyətinin humanizm siyasəti sayəsində həbsdən azad edilərək, müalicə alması üçün Avropaya (Hollandiyaya) getmiş Leyla Yunusun ölkəmiz əleyhinə anti-təbliğat kampaniyalarını sübut edən daha bir fakt ortaya çıxıb. SİA xəbər verir ki, SDİ rəhbərinin qızı Dinara Yunusa yazdığı bir məktub jurnalist Eynulla Fətullayev tərəfindən aşkar edilib. Həmin məktubda o, qızından tələb edir ki, xarici təşkilatlarda olarkən, həmin təşkilatların nümayəndələrinə Azərbaycanda ermənilərin və xristianların təqib olunduğunu bildirsin.
Diqqət çəkən məqamlardan biri də budur ki, Leyla Yunusun rus dilində yazdığı məktubun əvvəlində Azərbaycanın adı tam olaraq yazılmayıb və "Azn" kimi qeyd edilib. Məhz bu amil də SDİ rəhbərinin hər zaman Azərbaycan dövlətinə və xalqına qarşı düşmənçilik mövqeyində dayanmasını sübut edir. Digər tərəfdən, bu gün Azərbaycanda multikultural dəyərlərin, tolerantlığın mövcudluğu bütün dünyada qəbul edulərək, yüksək şəkildə qiymətləndirilərkən, daim erməni lobbisinin maraqlarına işləyən Leyla Yunusun bu addımı onun düşmənlə əlbir olmasını kifayət qədər sübuta yetirir.
Qeyd edək ki, SDİ rəhbərinin qızı Dinara Yunus da bir vaxtlar anası həbs olunarkən, Azərbaycan şəhidlərinə həqarətlərdə bulunub, daha çox əsgərlərin cəbhədə öldürülməsini arzuladığını "Odnoklasnik" sosial şəbəkəsində yazmışdı.
Xatırladaq ki, bir müddət əvvəl Leyla Yunusun Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya həbsdən yazdığı məktubu da üzə çıxmışdı və həmin məktubda o səhv etdiyini bir daha həmin səhvlərə yol verməyəcəyini yazmışdı. Lakin göründüyü kimi, Leyla Yunus da qohumları olan ermənilər kimi heç vaxt vədinə əməl etmir və xüsusi xəyanətkarlığı ilə seçilir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB