"Avropa Birliyinin qapısında 50 il gözlәdilәn ikinci bir ölkә yoxdur"

"Avropa Birliyinin qapısında 50 il gözlәdilәn ikinci bir ölkә yoxdur"

Baş nazir Rәcәb Tayyib Әrdoğan İstanbulda keçirilәn Qlobal İqtisadi Simpoziumda Avropa Birliyini tәnqid edib. SİA-nın məlumatına görə, Avropa Birliyinә tamhüquqlu üzv olmaq üçün Türkiyәnin 50 il әvvәl quruma müraciәt etdiyini vurğulayan baş nazir deyib ki, Avropa Birliyinin qapısında 50 il gözlәdilәn ikinci bir ölkә yoxdur. Mәn Avropalı dostlarımdan, "Türkiyәni bu qapıda nә üçün gözlәdirsiniz"-sualıma cavab ala bilmәdim. Mәdәniyyәtlәr İttifaqının hәmsәdri olan bir ölkәnin baş naziri kimi deyirәm. Әgәr Mәdәniyyәtlәr ittifaqı qurularsa, mәdәniyyәtlәr arasındakı ziddiyәtlәr aradan qaldırılarsa, o vaxt biz Avropa Birliyinә bir xristian klubu kimi nәzәr salmayacağıq. Әksinә, biz Birliyi sosial-siyasi bir ittifaq kimi görmәk istәyirik.

Baş nazir Rәcәb Tayyib Әrdoğan dünyada çox әdalәtli bir iqtisadi inkişaf modeli yaradılmasının әhәmiyyәtini vurğulayıb. Әdalәt mәfhumu zәdәlәnmәmәlidir. "Yoxsullar, kimsәsizlәr, xәstәlәr, xüsusilә dә uşaqlar taleyin ümidinә buraxılmamalıdır"-deyә Әrdoğan qeyd edib

Bütün xəbərlər Facebook səhifəmizdə