Türkiyənin ASLAN ANAFERLER TIM (A.N.T.) haker qrupu Ermənistanın Fransada fəaliyyət göstərən turistik ofisinin saytını dağıdaraq, orada öz posterini yerləşdirib. SİA xəbər verir ki, bu barədə yazan 1in.am saytının məlumatına görə, sentyabrın 24-də səhər saatlarında yuxarıda adı çəkilən türkiyəli hakerlər qrupu Ermənistanın Fransada və frankofon ölkələrində fəaliyyət göstərən destination-armenie.fr saytını dağıdaraq, fəaliyyətsiz hala salıb.
Həmin gün eyniadlı qrup Ermənistanın Fransada fəaliyyət göstərən ticarət-istehsalat palatası olan www.cciarmenie.fr saytını da dağıdıb. Lakin az müddət sonra həmin saytın bərpası mümkün olub.
Erməni saytlarında milli ruh və türkçülük təbliğatı aparan qardaş ölkənin hakerlər isə bəyan ediblər ki, onlar Ermənistanın həyasız davranışlarına qarşı daha sərt addımlara gedəcəklər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB