Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov respublikamızda səfərdə olan İran İslam Respublikasının birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
SİA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və İran arasındakı əlaqələrin hərtərəfli və dinamik inkişaf etdiyi vurğulanıb və bildirilib ki, qarşılıqlı münasibətlərin genişlənməsi hər iki ölkə prezidentlərinin göstərdiyi diqqət və qayğının nəticəsidir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov qonaqlara nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti və həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB